Yevlaxın keçmiş başçısı Qoca Səmədovun oğlu Zaur Səmədov ADAM GÜLLƏLƏDİ
Azia.az lent.az-a istinadən xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib.
Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Zaur Səmədov Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun oğludur.