azia.az
azia.az

DTX tərəfindən həbs edilən polkovniklə bağlı QƏRAR VERİLDİ

Dünən, 21:33

Xüsusilə külli miqdarda mənimsəmə cinayətində təqsirli bilinən polkovnik Məlikməmməd Qurbanovun cəzası azaldılıb.

Azia.az-ın məlumatına görə, Ali Məhkəmə müdafiə tərəfinin şikayəti əsasında belə qərar çıxarıb.

Son qərarla Məlikməmməd Qurbanovun cəzası 6 il 6 aydan 6 ilə endirilib. Qərar qalan hissələrdə dəyişdirilməyib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. O, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Bakı Apellyasiya Məhkəməsinin yekun qərarı ilə Qurbanova 6 il 6 ay həbs cəzası verilmişdi.(Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi