azia.az
azia.az

Dubayda dəbdəbəli toyu olan deputat qohumu BU VƏZİFƏNİ TUTUR

7-01-2026, 18:24

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayevin qardaşı Hasil Nurullayevin oğlu, bu günlərdə Dubayda dəbdəbəli toyu olan Şahin Nurullayevin hansı vəzifədə işlədiyi məlum olub.

“Yeni Sabah” xəbər verir ki, o, Rusiya və Belarusda fəaliyyət göstərən “RİK” MMC-nin baş direktorudur.

Sözügedən şirkət tikinti və infrastruktur layihələri həyata keçirir. Ş.Nurullayev fəaliyyətinə görə bir neçə dəfə mükafat da alıb.

Qeyd edək ki, Şahin Nurullayev Günel adlı xanımla ailə həyatı qurub. Toy Dubayın məşhur “Ritz-Carlton” otelində keçirilib. Mərasimi aparıcı Nanə Ağamalıyeva idarə edib. Xalq artisti Aygün Kazımova isə çıxışı ilə qonaqları sevindirib.

Xatırladaq ki, Şahinin atası Hasil Nurullayev tikinti maqnatıdır. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi