ATF mc-nin rəhbəri Azər Əlixanbəyovun oğlu Furkan Əlixanbəyov QƏZA TÖRƏDİB QAÇIB
İŞ ADAMI Azər Talıb oğlu Əlixanbəyovun oğlu Furkan Azər oğlu Əlixanbəyov QƏZA TÖRƏDİB QAÇIB.
Azia.az xəbər verir ki, Bakues.az-a daxil olan şikayətə görə, şirkət rəhbərlərindən biri olduğu bildirilən Azər Talıb oğlu Əlixanbəyovun oğlu Furkan Azər oğlu Əlixanbəyov “rent a car” xidməti vasitəsilə icarəyə götürdüyü Bentley markalı avtomobillə yol hərəkəti qaydalarını pozaraq qəza törədib və hadisə yerindən uzaqlaşıb.
İddialara əsasən, qəzadan sonra icarəyə götürülmüş avtomobilə dəyən zərərin, eləcə də icarə ödənişlərinin qarşılanması ilə bağlı problem yaranıb. Şikayətdə qeyd olunur ki, Furkan Əlixanbəyovun atası Azər Əlixanbəyov və onun köməkçisi olduğu bildirilən Ramin adlı şəxs ödənişlərin edilməyəcəyini bildiriblər.
Məlumata görə, məsələ ilə bağlı tərəflər Bakı şəhəri 18-ci Polis Bölməsinə dəvət olunublar. Hazırda fakt üzrə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Rəsmi qurumlar hadisə ilə bağlı hələlik açıqlama verməyib.
Qeyd edək ki, Talıb Əlixanbəyovun oğlu Azər Əlixanbəyov sonuncu parlament seçkilərində 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Xatırladaq ki, Azər Talıb oğlu Əlixanbəyov "ATEF Şirkətlər Qrupu” MMC -nin rəhbəridir.