azia.az
azia.az

Deputat problemli kreditlərin artmasından danışdı - Səbəb budur

Bu gün, 17:20

Azərbaycanda problemli kreditlərin məbləği 12 %-dən çox artıb. Mərkəzi Bankın məlumatına görə, bu il dekabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artıb.

Bununla bağlı Ajans.az-a danışan millət vəkili, iqtisadçı Vüqar Bayramov qeyd edib ki, son aylar problemli kreditlərin həcmində artım müşahidə olunur:

"Problemli kreditlərin həcminin artmasının səbəblərindən biri məhz bankların bir sıra hallarda vətəndaşın ödəmə qabiliyyətini yoxlamadan kreditlər verməsidir. Bu kreditlərin bir müddət sonra geri qaytarılmasında çətinlik yaranır. Vacib məqamlardan biri xüsusən istehlak kreditlərində faizlərin yüksək olmasıdır. Son dövrlər kredit faizlərində artımlar müşahidə edirik. Bu da təbii ki, həmin kreditlərin geri qaytarılmasında çətinliklər yaradır.  

Bir müddət biz bəzi bankların kredit kartlarında təklif etdiyi limitlərin kart sahiblərinin ödəmə qabiliyyətinə uyğun olmadığını müşahidə etdik. Mərkəzi Bank tərəfindən limitlərin tənzimlənməsi barədə qərar qəbul edildi və bu, təqdirəlayiq idi. Uzunmüddət bu limitlərin açılması problemli kreditlərin həcminin artmasına təsir göstərdi".

Cavidan Mirzəzadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi