azia.az
azia.az

Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib

16-12-2025, 21:43

Qeyd edək ki, dekabrın 16-da Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın yeni seçilmiş 9 nəfərlik tərkibinin ilk iclası keçirilib və iş adamı Mürvət Həsənli yekdilliklə İctimai Şuranın sədri seçilib. Müxtəlif dövlət qurumları yanında fəaliyyət göstərən ictimai şuraların effektivliyi ilə bağlı uzun müddətdir müzakirələr aparılır, bir çox hallarda bu qurumlar formal mexanizm kimi fəaliyyət göstərir, qərar qəbuletmə prosesinə real təsir imkanları məhdud qalır. Bu mənada ictimai nəzarət mexanizmlərinin yaradılması yeni bir proses olsa da inkişafın və münasibətlərin qurulmasında bir körpü rolunun oynamasıdır. İctimai şuraların institusional mövcudluğu dövlət-vətəndaş və dövlət-ictimai sektor münasibətlərinin tənzimlənməsi baxımından mühüm vasitə olaraq qalır. Əsas məsələ bu mexanizmlərin kimlər tərəfindən yaradılması və idarə edilməsidir.
Bu baxımdan quş əti, yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənlinin Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuraya sədr seçilməsi aqrar sektorun inkişafına təkan olacağı hər kəsdə olan inamı bir daha artırır. Aqrar sahə təkcə iqtisadiyyatın bir qolu deyil, eyni zamanda ölkənin ərzaq təhlükəsizliyinin əsas sütunlarından dır. Sözügedən sahədə qəbul olunan qərarlar həm bazar münasibətlərinə, həm də ərzaq təhlükəsizliyinə birbaşa təsir göstərir. 
İctimai Şuraya sədr seçilər Mürvət Həsənli cəmiyyətə, dövlətə, mediaya və ictimai sektora kifayət qədər tanış simadır. Dövlətin ərzaq təhlükəsizliyinin əsas təminatçısı olan kənd təsərrüfatı sektorunun belə bir simaya çoxdan ehtiyacı var idi. Sirr deyil ki, mürvət Həsənli dövlət və cəmiyyət münasibətlərinə dərindən bələd olan adamdır.
O, uzun illərdir özəl sektorun, xüsusilə, quşçuluq təsərrüfatlarının problemlərinin sistemli şəkildə qaldırılması və həlli istiqamətində fəaliyyət göstərir. Onun təşəbbüsü ilə aqrar sahəyə uğur gətirən yeniliklər təkcə bir sahənin maraqlarını deyil, ümumilikdə kənd təsərrüfatında istehsal-ixrac-rəqabət zəncirinin gücləndirilməsinə böyük təkan verir. xüsusilə quş məhsullarının xarici bazarlara çıxarılması və rəqabət qabiliyyətinin formalaşdırılması prosesində onun rolu əəzsizdir.
Dövlət və cəmiyyət arasında  kommunikasiyanın keyfiyyətili, etibarlı qurulması ictimai şuraların üzərində böyük məsuliyyət yaradır. Bu mənada ictimai şuralarda qəbul olunan qərarların iqtisadi və sosial baxımdan yükü və məsuliyyəti İctimai Şuraların funksionallığını artırır. 
Müxtəlif sahələrin nümayəndələri arasında vasitəçi rolunu oynamaq, problemi yalnız səsləndirməklə yox onun həllinə nail olmaq birbaşa bu şuranın üzərinə qoyulan tələbdir. 

Burada əsas məqsəd İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili, ictimai iştirakçılıq tələb edən məsələlər üzrə müvafiq məsləhətləşmələrin keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb, səsləndirilən təkliflər qeydə alınıb, təkliflərin dəyərləndirilməsi üçün müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Bu mənada bu ağırlığında yükü və məsuliyyəti üzərinə götürə biləcək yeganə şəx elə Mürvət Həsənlinin özüdür. 

Uğurlar sizin olsun Mürvət müəllim









OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi