Dövlət Sərhəd Xidmətinin rəisi Bəhreyn Krallığının Daxili İşlər naziri ilə görüşmüşdür
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azia.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Mara’ee 2025” tədbiri ərəfəsində Bəhreyn Krallığının Daxili İşlər naziri cənab Rəşid bin Abdullah Əl-Xəlifəilə görüş keçirmişdir.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılmışdır.