azia.az
azia.az

Yeni icra başçısı şöbə müdirini işdən çıxardı

Dünən, 17:54


Göygöl Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.
Məlumata görə, İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ariz Rzayev vəzifəsindən azad edilib.
Müvafiq əmr rayonun icra başçısı Vüqar Novruzov tərəfindən imzalanıb. Şöbə müdiri vəzifəsinə hələlik təyinat olmayıb.
Ariz Rzayevin adı artıq İcra Hakimiyyətinin rəsmi saytında da çıxarılıb.
Qeyd edək ki, Vüqar Novruzov ötən ay Göygöl rayonun icra başçısı təyin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi