azia.az
azia.az

Dondurulmuş quru meyvələr xeyirlidirmi? - Qida ekspertindən AÇIQLAMA

Dünən, 23:54

Son zamanlarda sosial mediada təriflənən, çoxlarının atışdırmalığına çevrilən dondurulmuş quru meyvələr gündəmdədir. Hətda bəzi insanlar demək olarki, müntəzəm olaraq bu atışdırmalıqdan istifadə edir.

Bəs dondurulmuş quru meyvələrdən müntəzəm istifadə etmək olarmı?

Qida eksperti Fərid Səfərov Redaktor.az-a bildirdi ki, dondurulmuş quru meyvələr son zamanlarda çox populyarlaşıb. Onun sözlərinə görə, düzgün istifadə olunarsa, faydalı atışdırmalıq da ola bilər:

"Bu meyvələr -40°C-dən aşağı temperaturda dondurularaq və vakumda suyu buxara çevrilərək qurudulur. Bu üsul qida dəyərini qoruyur, C vitamini, lif, antioksidantlar, kalium və digər mikroelementlər təzə meyvəyə yaxın qalır. Konservant istifadə olunmur və çox vaxt əlavə şəkər də əlavə edilmir, amma yenə də etiketə baxmaq lazımdır".

Ekspert əlavə etdi ki, faydalı cəhətlərindən əlavə dondurulmuş quru meyvələrin bəzi riskləri də var:

"Suyu çıxarıldığı üçün onların kalori sıxlığı artır və az miqdarda yeməklə belə çox kalori qəbul etmək mümkündür. Şəkər təbii olsa da, konsentrasiya olunduğu üçün diabet və insulin müqaviməti olanlar ehtiyatlı olmalıdır. Bazarda şəkər, bal, qlazur və müxtəlif ətir və rəngləndiricilərlə satılan variantlar mövcuddur ki, bunlar sağlam seçim sayılmır. Həmçinin bəzi növlərin çox xırtıldayan və ya yapışqan olması diş minasına zərər verə bilər, xüsusilə uşaqlarda diş çürüməsi riskini artıra bilər. Gündəlik təxminən 1 ovuc (10-15 qram), yəni bir kiçik meyvəyə bərabər miqdar yetərlidir. Ümumilikdə, dondurulmuş quru meyvələr faydalıdır və yaxşı atışdırma seçimidir, amma ölçünü aşmamaq və şəkər əlavə olunmamış variantları seçmək vacibdir".

Xədicə BAXIŞLI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi