"Azərişıq”ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürdü
Gəncədə 58 yaşlı kişini elektrik cərəyanı vurub.
Azia.az APA-ya istinadən xəbər verir ki, ötən gün şəhərin Azərbaycan Bayrağı küçəsində qeydə alınıb.
Belə ki "Azərışıq” ASC-nin 58 yaşlı əməkdaşı C.Vəliyevi iş vaxtı elektrik cərəyanı vurub. O hadisə yerində həyatını itirib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə verilib.
Faktla bağlı araşdırma aparılır.