Milli.Az-a müraciət edən vətəndaş bildirir ki, şikayətçinin sözlərinə görə, Səbinə daha sonra pulu hissə-hissə qaytaracağını desə də, yalnız cüzi məbləğ ödəyib:
"Səbinə xanımla biz sosial şəbəkədə tanış olmuşuq. Mənə özünün vəkil olduğu haqda bildirmişdi. Mənim də məhkəmə işlərimi öz üzərinə götürəcəyini bildirdi. Məhkəmə işlərini əsas gətirərək məndən pul aldı. Mən ona şikayət edəcəyimi bildirəndə isə o mənə pulu az-az ödəyəcəyini bildirdi. Pulların kiçik hissəsini göndərdi. Məsələ elə oldu ki, mən ona bildirdim ki, imkanım yoxdur deyə şam satıram. O şamlar haqqında maraqlanmağa başladı. O sevdiyi oğlanı özünə yaxınlaşdırmaq üçün məndən bu şamları aldı. O şamları mən sadəcə mağazadan götürüb satırdım. Amma indi adımı baxıcı qoyub. Mən ondan pulumun geri qalanın istəyəndə başladı məni şərləməyə. O, əvvəldə 7 min sonra 80 min manat adı ilə mənə pul verdiyini bildirdi, ən son isə 17 min manat sanki ona borcum olduğunu iddia etdi. O mənə baxıcı olduğumu sübut eləməlidir. Mən hazırda hüquq-mühafizə orqanlarına şikayətimi vermişəm", - deyə zərərçəkən bildirib.
O, artıq hüquq-mühafizə orqanlarına rəsmi şikayət etdiyini və məsələnin araşdırıldığını qeyd edib.
Qeyd edək ki, qarşı tərəf Səbinə Panəliyeva də bu iddiaları səsləndirən Mahmudova Gülgəzdən şikayətçidir. O da öz şikayətində iddia edir ki, "ruhuniarindir" və "gozeldualar55" adlı "Instagram" hesablarını idarə edən Mahmudova Gülgəz ona "cadu var", "xərçəng olacaqsan" kimi sözlərlə psixoloji təsir göstərərək "təmizlik" adı altında mərhələlərlə ümumilikdə 17 min manat pul alıb və bu səbəbdən ondan şikayətçidir.
Xatırladaq ki, öncədən mediada özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva vətəndaşlara külli miqdarda ziyan vurması ilə bağlı xəbərlər gedib. Vəkillər Kollegiyasından Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, barəsində şikayət olunan Panəliyeva Səbiyyə İlham qızı Vəkillər Kollegiyasının üzvü deyil.
Hadisə ilə bağlı araşdırma aparılır.
Aysel Əkbər

"Yasmin" qalmaqalı daha da böyüyür: İndi də, "Xalq Bank" adıyla, Biznes Mərkəzindəki qapıları bayıra açılan obyekt və ofislərin sahiblərinin başlarına oyun açılır
Bakıda məmurların adı hallanan cinayət: İntim çəkiliş, intihara cəhd, dələduzluq...
Qadınlar niyə qarınlı kişiləri sevir?
