azia.az
azia.az

Əziz Orucov azadlığa çıxdı – FOTO

Bu gün, 10:09

“Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa çıxıb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Əziz Orucovun cəza müddəti bu gün bitib və o, Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəsissəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə saxlanılıb.

Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Əziz Orucov 2 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə aşağı instansiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.

Ə.Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

İstintaq dövründə 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi