Uşaqlara şokalad verməzdən əvvəl bilinməsi vacib olan məqamlar
Uşaqlar üçün cazibədar görünən şokoladın tərkibindəki kofein və teobromin səbəbindən onun istehlakı diqqətlə nəzarətdə saxlanmalıdır.
Bildirilir ki, şokoladın kakao tərkibi yüksək olduqda, içindəki kofein miqdarı da artır.
Məsələn, 28 qramlıq şokolad parçası əhəmiyyətli dərəcədə kofein ehtiva edə bilər və bu, uşaqlarda yuxu pozuntusu, narahatlıq, ishal və ürək döyüntüləri kimi yan təsirlərə səbəb ola bilər.
Bəzi şokoladlarda kadmiyum kimi ağır metallar ola bilər. Mütəxəssislər qeyd edirlər ki, uşaqlar üçün bu maddələrin az miqdarda olsa belə, diqqətdə saxlanması vacibdir.
Şokolad uşağın əsas qidası olmamalıdır. Uşaqlar üçün prioritet meyvə-tərəvəz, tam taxıl və zülal mənbələri olmalıdır.
Qeyd: Uşağa şokolad verməzdən əvvəl onun tərkibini yoxlamaq, miqdarını məhdudlaşdırmaq və gündəlik kofein səviyyəsini nəzərə almaq tövsiyə olunur. Şokolad ölçülü şəkildə istehlak edildikdə risklər azalır.
Əminə Bayramova