azia.az
azia.az

Türkiyədə 266 məhkum qidadan zəhərləndi

23-11-2025, 21:31

Türkiyənin Sakarya şəhərinin Ferizli rayonunda yerləşən Açıq Tipli Cəzaçəkmə Müəssisəsində kütləvi qida zəhərlənməsi baş verib.

Xəbər verilir ki, zəhərlənmə şübhəsi ilə 266 məhkum təcili yardım maşınları ilə ətrafdakı şəhər xəstəxanalarına yerləşdirilib.

Bildirilib ki, axşam yeməyində məhbuslara balıq konservi verilib. Yeməkdən sonra bir çox məhkum qusma və ürəkbulanma şikayətləri ilə müəssisənin xəstəxanasına müraciət edib.

Hadisədən sonra axşam menyusundakı qidalardan nümunələr götürülərək laboratoriyalara göndərilib.

Rəsmi mənbələr məhkumların ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğunu, həyatlarına təhlükə olmadığını və ambulator müalicənin davam etdirildiyini açıqlayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi