Lalə Abdullayeva yüksək vəzifəyə təyin edildi
Azərbaycan Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədrinə müşavir təyin edilib.
Xəbər verilir ki, bu, Lalə Abdullayevadır.
L.Abdullayeva 2024-cü mayından ADRA-da şöbə müdiri vəzifində çalışırdı.
O, dövlət qurumuna qədər isə bağlanan Dövlət Sığorta Kommersiya Şirkətində (“Azərsığorta”) çalışıb. 2023-cü ilin sentyabrından 2024-cü ilin oktyabrına qədər İdarə heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Qeyd edək ki, ADRA sədri Fərhad Adıgözəlov da, “Azərsığorta”da çalışıb. Prezidentin 7 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Adıgözəlov Dövlət Sığorta Kommersiya Şirkətinin sədri, 16 aprel 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.