azia.az
azia.az

Kəmaləddin Heydərovun verdiyi evlər geri alınır? — AÇIQLAMA

Bu gün, 17:46

Nazirlik əməkdaşlarına daimi yaşamaq üçün verilən mənzillərin onlardan alınacağı iddia olunur.

Oxu24.com  xəbər verir  ki, bu iddia ilə Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında yerləşən Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yaşadığı bina sakinlər “Xəzər Xəbər”ə müraciət ediblər.

Onlar bildirirlər ki, 2013-cü ildə nazirlik əməkdaşlarına sosial proqram çərçivəsində heç bir şərt olmadan daimi yaşamaq üçün mənzillər verilib. İndi isə nazirlik tərəfindən əməkdaşlardan mənzilləri tərk etmələrinin tələb olunduğu iddia edilir.

Binada yaşayan sakinlər onu da bildirirlər ki, 2013-cü ildə bina onlara təhvil verildiyi zaman heç bir sənədləşdirilmə işləri aparılmayıb. Yalnız 2018- ci ildə evlərin sakinlərin adına rəsmiləşdiriləcəyi bildirilib. İddialara görə, hazırda 7 ailənin binadan çıxarılması barədə qərar verilsə də, növbəti mərhələdə hissə-hissə digər əməkdaşların da binadan çıxarılması nəzərdə tutulub.

Fövqəladə Hallar Nazirliyinin hüquq idarəsinin sektor müdiri səsləndirilən iddialarla bağlı “Xəzər Xəbər”ə açıqlama verib.


Daha ətraflı videoda:



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi