Ombudsman"Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində" mövzusundabeynəlxalq konfransda iştirak edib
Ombudsman aparatının mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin otuzilliyinə həsr olunmuş "Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində" mövzusunda "Konstitusiya və Suverenlik İli" çərçivəsində beynəlxalq konfransda iştirak edib.
Konfransda giriş nitqi ilə çıxış edən Ombudsman Səbinə Əliyeva Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunmasının insan hüquqlarına verilən ən yüksək dəyərin təzahürü olduğunu bildirib.
Müvəkkil Ulu Öndərin insan hüquqlarının səmərəli müdafiəsi, təmini və təşviqinə yönəlmiş fərman və sərəncamları ilə bu sahədə müvafiq dövlət proqramının qəbul edildiyini, insan hüquqlarının müdafiəsi üzrə effektiv mexanizm olan Ombudsman institutunun əsasının qoyulduğunu, Ombudsman haqqında Konstitusiya Qanununun qəbul olunduğunu və Konstitusiyaya müvafiq dəyişikliklərinedildiyini diqqətə çatdırıb.
Ombudsman Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, habelə həyata keçirilən ardıcıl islahatlar və qəbul edilən mühüm qərarların müstəqil dövlətçilik tariximizin yeni mərhələsinin əsasını qoyduğunu, konstitusion dəyişikliklər və normativ hüquqi bazanın təkmilləşdirilməsinin qanunun aliliyinin təmin olunmasına, demokratik idarəetmə və hüquqi dövlət prinsiplərinin inkişafına əlverişli şərait yaratdığını bildirib.![]()
Səbinə Əliyeva ölkə Prezidentinin təşəbbüsü ilə aparılan hüquqi islahatlar nəticəsində insan hüquq və azadlıqlarının təmin edilməsi üzrə dövlətin ali məqsədinin həyata keçirilməsində xüsusi rolu olan Ombudsmanın mandatının beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılması ilə bağlı qanunvericiliyə əhəmiyyətli dəyişikliklərin edildiyini və yeni fəaliyyət istiqamətlərinin müəyyən olunduğunu qeyd edib.
Ombudsman qloballaşma proseslərinin, beynəlxalq münasibətlər sistemindəki geosiyasi dəyişikliklərin və müasir texnologiyaların sürətli inkişafının insan hüquq və azadlıqlarının çevik və effektiv müdafiəsi üzrə yeni mexanizmlərin tətbiqini şərtləndirdiyini bildirib.
Müvəkkil müasir tendensiyaların və yeni hüquqi münasibətlərinin konstitusion prinsiplərlə uzlaşdırılması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsinin, bu sahədə müsbət beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqinin, rəqəmsal texnologiyalardan, süni intellekdən düzgün istifadənin və kibertəhlükəsizlik üzrə koordinasiyalı mexanizmlərin təşkilinin zəruriliyini vurğulayıb.