azia.az
azia.az

Evdə istilik sistemi günboyu işləsinmi? - Mütəxəssislər qənaətli yolu açıqladı

Bu gün, 18:21

Soyuq havalarda bir çox insan evdə istilik sistemini günboyu açıq saxlamağın daha sərfəli olduğunu düşünür. Lakin mütəxəssislərinin fikrincə, bu, hər zaman iqtisadi seçim deyil.


Bildirilir ki, istilik cihazlarını fasiləsiz işlətmək enerji sərfini artıraraq aylıq xərcləri çoxalda bilər. Əgər evdə izolyasiya zəifdirsə və pəncərələrdən istilik itkisi baş verirsə, sistemin davamlı işləməsi daha çox enerji itkisinə səbəb olur.


Ən düzgün üsul istiliyi ehtiyac olduqda və müəyyən vaxt aralıqlarında işlətməkdir. Bundan başqa, istifadə olunmayan otaqlarda temperaturu azaltmaq, termostatı orta səviyyədə saxlamaq və evin izolyasiyasına diqqət yetirmək tövsiyə olunur.


Beləliklə, mütəxəssislər vurğulayır ki, istilik sistemini günboyu açıq saxlamaq qənaət deyil — enerjini ehtiyac qədər istifadə etmək həm daha sərfəli, həm də daha ekoloji yoldur.


Əminə Bayramova 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi