azia.az
azia.az

Sahib Məmmədov “mənbə” axtarışında – Sədrin bu istəyi AHİK-də baş verənləri təsdiqləyir…

Dünən, 20:23

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi son aylar qurumla bağlı mətbuatda yayımlanan məlumatlardan sonra mənbə axtarışına çıxıb.

Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, AHİK sədri Sahib Məmmədov ətrafına göstəriş verərək içəridəki “mənbə”nin tapılmasını istəyir.

Qeyd edək ki, Sahib Məmmədovun “mənbə” axtarışına çıxması ilə mətbuatda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə bağlı yayımlanan məlumatları təsdiqini tapmış olur.

Bildirək ki, Sahib Məmmədov AHİK sədri seçildikdən sonra bir çox vəzifələrə özünə yaxın şəxsləri gətirib. Yeni sədrin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında apardığı “islahat” isə daha çox görüntü olaraq qəbul edilir.

Ortada dolaşan bəzi məlumatlara görə isə son aylar AHİK-də Sahib Məmmədov və komandasına qarşı ciddi narazılıqlar yaranıb. İddialara görə narazılğın səbəbi vəzifəyə yeni təyin edilmiş bir çox şəxslərin əmək haqqlarından əlavə 5 qat pul almaları ilə bağlıdır. Köhnə işçilər isə bu ayrıcalıqdan məhrumdurlar və onlara qarşı bu ayrı-seçkilik həm narazılıq, həm də qəzəb yaradır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi