azia.az
azia.az

"Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları beynəlxalq hakim ictimaiyyəti arasında yüksək qiymətləndirilir" - Sənan Hacıyev

Dünən, 23:29

"Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyasının Azərbaycanda keçirilməsi ölkəmizin artan nüfuzunun göstəricisidir".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədr müavini Sənan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Sədr müavini bildirib ki, Azərbaycanda son illər həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları beynəlxalq hakim ictimaiyyəti arasında yüksək qiymətləndirilir:

"Qeyd edim ki, ötən il Keyptaunda bir sıra dövlətlərin etirazına baxmayaraq gizli səsvermə yolu ilə Azərbaycan Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Sessiyasını keçirmək hüququ əldə etdi. Bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizdə həyata keçirilən islahatların, Azərbaycanın mədəniyyətinin dünyada tərənnüm olunması baxımından çox əhəmiyyətlidir. Dünyanın 73-ə yaxın ölkəsi bu gün Azərbaycanda təmsil olunur. Bu ölkələrin məhkəmə hakimiyyətinin tanınmış və nüfuzlu şəxslərinin Azərbaycanda toplaşması ölkəmizdə son illər məhkəmə hüquq-sistemində aparılan islahatların tərənnümü baxımından çox əhəmiyyətlidir".

Şəbnəm Mehdizadə


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi