azia.az
azia.az

Səbinə Əliyeva Ukrayna Ombudsmanı ilə görüşüb

Bu gün, 15:00


 Ombudsman Aparatının mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə MüvəkkiliDmitriLubinets ilə görüşüb.

Görüşdə Ombudsman Səbinə Əliyeva Azərbaycan və Ukrayna arasında bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin, dostluq münasibətlərinin mövcud olduğunu bildirib.

İki ölkənin ombudsman təsisatları arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib, bu əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyivurğulanıb.

Tərəflər müharibə şəraitində humanitar məsələlər, mülki əhalinin, o cümlədən qaçqınların və məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə də fikir mübadiləsi aparıblar.

Müvəkkil ölkəmizin uzun illər müharibədən əziyyət çəkdiyini, məcburi köçkün və qaçqın probleminin uzun illər Azərbaycanda aktual olduğunu, ErmənistanınAzərbaycana təcavüzü nəticəsində yüz minlərlə insanın öz dədə-baba yurdundan didərgin salındığını bildirib.

Ombudsman İkinci Qarabağ müharibəsi nəticəsində otuzillik işğala son qoyularaq torpaqlarımızın işğaldan azad edildiyini, keçmiş məcburi köçkün soydaşlarımızın hüquqlarının bərpa olunduğunu, onların öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini qeyd edib.

Eyni zamanda, qonağa Ombudsman tərəfindən İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə həyata keçirilmiş faktaraşdırıcı missiyalar, eləcə də həmin missiyaların nəticələrinə əsaslananhesabatlar barədə məlumat verilib.

Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə MüvəkkiliDmitriLubinets öz növbəsində səmimi görüşə görə Ombudsman Səbinə Əliyevaya minnətdarlığını bildirib, Ukraynaya humanitar dəstəyinəvə ukraynalı uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinətəşəkkür edib.

Görüşdə, həmçinin insan hüquq və azadlıqlarınındaha səmərəli müdafiəsi istiqamətində birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi