Təhsilin HİCRANda qalan HİCRANI... - İLGİNC İDDİALAR...
Bir neçə gün öncə saytımızda dərc olunan “Təzə direktor kollecdə özünə komanda yaratmaq üçün əmək qanunericiliyinin tələblərinə tüpürür” sərlövhəli məqalə rezonans doğurub. Belə ki, həımin məqalədə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İqtisadiyyat və Humanitar Kollecdə dəftərxana müdiri vəzifəsində çalışan Haşımlı Nigar İsmayıl qızının şikayət xarakterli müraciəti öz əksini tapmışdı. Şikayətçi bildirirdi ki, adı çəkilən təhsil ocağına yeni təyin olan direktor Hicran Əyyubova gəldiyi ilk gündən kolleci ölkə qanunları ilə deyil, öz qanunları ilə idarə edir. Həmçinin xatırladırdı ki, onun və digər işçiləri təhdid edib işdən öz ərizələri ilə çıxmalarını tələb edən H.Əyyubova bundan öncə rəhbərlik etdiyi Tovuz Dövlət Sosial-İqtisadi kollecində də qol qoyduğu qanunsuzluğa görə şiddətli töhmət almışdır. Müraciətnamədə həmçinin direktorun müavini Gülnar Kərimovanın da qanunazidd əməlləri pislənilirdi.