Oktyabrın hava proqnozuna görə son 250 ilin ən ekstremal HALLARI olacaq
Xəbər verilir ki, bu barədə meteoroloqlar xəbərdarlıq ediblər. Qeyd olunub ki, payızın ortasında belə, havanın temperaturu bir çox ölkələrdə yay səviyyəsinə yaxınlaşacaq.
Sinoptiklər bildirirlər ki, bu dəfə müşahidə olunan hadisə sadəcə “Hindistan yayı” deyil, Kalininqraddan Kamçatkaya qədər uzanan genişmiqyaslı iqlim anomaliyasıdır.
Məlumata görə, Qafqaz bölgələrində istilik +25°C-yə qədər yüksələcək. Bu temperatur hətta bu bölgələr üçün belə normadan xeyli yuxarı sayılır. Fermerlər məhsulun gözləniləndən daha tez yetişdiyini bildirirlər.
Moskva və ətraf vilayətlərdə gündüz temperaturu 18–22°C aralığında olacaq. Adətən boz səma və quru yarpaqlarla yadda qalan oktyabr bu il mavi səma və isti günlərlə fərqlənəcək. Paytaxt parkları və küçələri yenidən yay havasını yaşamaq istəyən insanlarla dolacaq.
Aqil