azia.az
azia.az

Məhkəmə Şıxlınskinin oğlu ilə bağlı qərar verdi – FOTO

Dünən, 23:27

Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 1-ci hissəsi (hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq etmə) ilə təqsirləndirilən Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbərinin oğlu Mutvala Şıxlinskinin həbs müddətini uzadıb.

 Sfera.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

 Məlumatına görə, o, dekabrın 14-dək həbsdə qalacaq.

 Məhkəmə bundan əvvəl Mutvalanın atası Şahin Şıxlinskinin həbs müddətini dekabrın 30-dək uzadıb.

 M.Şıxlinskinin həbsinə səbəb iyulun 1-də “Baku Plaza”nın yaxınlığında baş verən insident olub.

 Belə ki, FSB əməkdaşları oğlunun idarə etdiyi avtomobildə olan Şahin Şıxlinskiyə hücum ediblər. Mutvala Şıxlinski özü də məhkəmədə bildirib ki, onun sağında dayanan təhlükəsizlik işçisini görməyib və baş verənlərdən peşman olub.

 

896941 src


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi