azia.az
azia.az

Dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verildi

Bu gün, 19:36

Külli miqdarda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri axtarışa verilib.

Azia.az "Report"a istinadən xəbər verir ki, "Viktoriya-313" tikinti şirkətinin rəhbəri Arzuman İsa oğlu Əliyev barəsində dələduzluq maddəsi ilə qiyabi həbs qətimkan tədbiri seçilib və tutularaq saxlanılması ilə bağlı axtarış elan edilib.

Qeyd edək ki, A.Əliyev bir neçə il qabaq dələduzluq ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə onun cəzası şərti hesab edilərək sınaq müddəti seçilib.

Bir müddət sonra A.Əliyev Azərbaycanı tərk edib. Onun barəsində yeni hallarla bağlı cinayət işi başlanılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi