DEPUTATDAN ŞOK AÇIQLAMA- “Erməni xanım diplomat xüsusi tapşırıqla azərbaycanlı ilə münasibət qurmağa, ondan müəyyən sirləri öyrənməyə çalışıb”
“Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan guya “Azərbaycana casusluq” adı ilə saxlanılıb. Məsələnin belə olduğuna inanmıram. Məncə, əksinə olub. Erməni xanım diplomat xüsusi tapşırıqla azərbaycanlı ilə münasibət qurmağa, ondan müəyyən sirləri öyrənməyə çalışıb. Bu, alınmayanda isə sorğu-sual etməyə başlayıblar. İndi də Azərbaycanın üstünə yıxmağa çalışırlar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.
“Azərbaycan qonşularla münasibətdə səmimidir. Ermənistanla müharibə bitib. Buna baxmayaraq, Ermənistan Azərbaycana qarşı hansısa beynəlxalq hüquqa zidd hərəkət edəcəksə, Azərbaycan bunun cavabını verəcək”, - deputat bildirib.
Aytəkin Qardaşova