Razi Nurullayev Qazaxa dalınca getdiyi xanım turistlə Bakıya piyada gəlir
Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev finlandiyalı turist Taina Liekari ilə birlikdə Qobustandan Bakıya piyada yola düşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu haqda məlumatı Razi Nurullayev özü verib.
Deputat qeyd edib ki, turist xanım Gəncədən Bakıya piyada yola düşüb, Razi Nurullayev isə ona Qobustan ərazisində qoşulub.
Qeyd edək ki, bir müddət əvvəl Razi Nurullayev finlandiyalı turisti qarşəlamaq üçün Qazaxa getmişdi.
https://www.facebook.com/share/v/14LXJqF1Dpv/
"Cebheinfo.az"