azia.az
azia.az

ADİU-nun promo məhsulları üçün nəzərdə tutulan tender ləğv edildi

Dünən, 08:16

"Azərbaycan Dövlət İqtisad Universiteti" Publik Hüquqi Şəxs tərəfindən promo məhsullarının istehsalı üçün tələb olunan malların satınalınması məqsədilə elan edilmiş tender müsabiqəsi ləğv olunub.

32gun.az xəbər verir ki, ləğv edilməyə səbəb kimi satınalmada iştirak etmək üçün təklif və onun təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya malik olan təchizatçıların sayının üçdən az olması göstərilib. Bu hal "Dövlət satınalmaları haqqında" qanunun 36.1.1-ci bəndinə əsasən tenderin baş tutmamasına səbəb olub.

Satınalmanın ehtimal olunan məbləği 37.996,59 manat təşkil edirdi. Ləğv barədə məktub və protokol əsasında rəsmi qərar qəbul olunub.

Ayaz 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi