azia.az
azia.az

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır

9-07-2025, 22:43

Dövlət Sərhəd Xiidmətinin Mətbuat Mərkəzindən Azia.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində dövlət sərhədinin mühafizəsi və müdafiəsi tapşırıqlarının icrası zamanı fərqlənmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.

Tədbirlərdə hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Çıxışlar zamanı sərhədçilərin Hərbi Anda sadiq qalaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirdikləri, xidmət dövründə nizam-intizamlı olduqları və dövlət sərhədində xidmət aparmaqdan qürur duyduqları xüsusi vurğulanmışdır.

Hərbi qulluqçulara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilmiş, gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanmışdır.

Ehtiyata buraxılan hərbi qulluqçular xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıqlarını bildirmişlər.

Tərbidlərin sonunda xatirə fotoşəkli çəkilmiş və hərbi qulluqçular təntənəli şəkildə yola salınmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi