Qaradağda 140 min manatlıq alış-veriş
Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi yunşaq inventarların satınalınması üçün tender elan edib.
32gun.az xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 139.820,56 manat təşkil edir.
Alınacaq geyimlərə qış üçün pambıq parçadan uzunqol xalatlar, fəhlə geyim dəstləri, qolsuz işarə jiletləri, beşbarmaq əlcəklər, isti astarlı sukeçirməyən gödəkçələr və qalın sviterlər daxildir.
Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur. O, artıq 13 ildir bu vəzifəni icra edir.
Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi isə Elnur Şamxal oğlu Əliyevdir.
Ayaz