Vətənini, dövlətini sevən BƏLƏDİYYƏ SƏDRİ
Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə, "Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikası Qanununun 16-1-ci maddəsinə və Mərkəzi Seçki Komissiyasının 14 fevral 2025-ci il tarixli qərarına əsasən İmişli rayon Bəhrəmtəpə bələdiyyəsinə üzv seçilmiş şəxslərin iştirakı ilə bələdiyyənin ilk iclası keçirilib. Həmən iclasda Fətalı Ataxan oğlu Məhərrəmov ən yüksək səs toplayaraq sədr seçilmişdir. Qanunvericliyə əsasən bələdiyyələr müstəqil səkildə fəaliyyətlərini davam etməlidir. Bütün imkanlardan istifadə edən yeni sədr sakinlərin müəyyən problemlərinin istiqamətində işlər görür, üzərinə düşən səlahiyyətlərdən istifadə edib onların kənd həyatının yaxşılaşdırılması üçün addımlar atır. Qısa müddət ərzində istirahət mərkəzinin açılışında və qəsəbənin daxilində uşaqlar üçün əyləncə mərkəzinin fəaliyyətində işlər görüb. Keçirilən sorğuya əsasən bələdiyyə sədri F. Məhərrəmov Bəhrəmtəpə və Qaraquvəndikli kəndinin sakinləri tərəfindən böyük hörmət və izzətə malik olduğunun şahidi olduq. Qəsəbə sakinlərindən Maqsudov Vəli, Rüstəmov Müslüm, Əzizov Əhsən, Rüstəmov Sərxoş və digərlərinin sözlərinə görə Fətali Məhərrəmov bələdiyyə sədri olmağına baxmayaraq eyni zamanda qayğıkeş, yurduna bağlı insandır. Bunlardan əlavə Fətalı müəllim sədr olaraq dövlət başçısı cənab İlham Əliyevin siyasətini həyata keçirdiyi təqdirəlayiq işlərlə isbatlayır. Bəli, Vətəni, dövlətini sevən istənilən şəxs üzərinə düşən vəzifədən yaralanmalı, bununlada dövlətə xidmət etməlidir. Uğurlar sizə Fətali müəllim!!!
Mehman