Sosial sığorta ödəmələri 13,7 faiz artıb
DVX-dən Azia.az-a verilən məlumata görə, 2025-ci ilin yanvar–iyun aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 146 milyon manata yaxın olub. Bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,7 faiz və ya 378,1 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrünə nisbətən 13,3 faiz artaraq 2 milyard 47,3 milyon manatdan çox təşkil edib.![]()
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb və 111,5 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 11,8 faiz artaraq 83,3 milyon manata yaxın təşkil edib. ![]()
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 faiz artıb və 544,0 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 10,4 faiz artaraq 376,3 milyon manatdan çox təşkil edib.