azia.az
azia.az

Ermənistanda Rusiya telekanalları bağlanacaq

1-07-2025, 23:57

“Ermənistan Respublikasının ərazisində Rusiya telekanallarının yayımının dayandırılması məsələsi ciddi şəkildə müzakirə olunmalıdır”.

Bu barədə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

O, bu fikirləri Rusiya telekanalları, eləcə də ictimai-siyasi şəxslər tərəfindən Ermənistandakı hadisələrə dair verilən bəzi qiymətləndirmələri şərh edərkən söyləyib.

Simonyan xüsusilə bəzi Rusiya televiziya proqramlarının Rusiya-Ermənistan münasibətlərinə zərər vurduğunu düşündüyünü bildirib:

“Biz Federasiya Şurasının sədri Valentina Matviyenko və digər vəzifəli şəxslərlə çox yaxşı görüşlər keçirdik. Amma indi bəzi şəxslər — yəqin ki, Samvel Karapetyanın maliyyələşdirdiyi şəxslər — onu müdafiə etməyə çalışırlar. Qoy bizim daxili işlərimizə qarışmasınlar”.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi