Prezident ilham Əliyev tərəfindən bir qrup dövlət qulluqçusu təltif edilib
Məlumat üçün bildirirəm ki, bir müddət əvvəl Prezident ilham Əliyev tərəfindən bir qrup dövlət qulluqçusu təltif edilib. Xatırladaq ki, təltif olunanlar arasında Gülşad Hüseyn qızı Əliyeva da var. Gülşad xanımı uzun illərdir tanıyıram. Əsil dövlət adamıdır. Uzun illər dir Ucar rayonunda vəzifədə çalışır. Onu tanıyanlar onun nə qədər vətənpərvər və gözəl insan olduğunu yaxşı bilir. İşində məsuliyyətli, intizamlı və ən əsası el-oba adamı kimi insanların qəlbində yer alıb. Dövlət qulluğunda səmərəli fəaliyyəti ölkə başçısı təırəfindən qiymətləndirildi. Bu nəcib və məsuliyyətli yolda Gülşad xanıma uğurlar arzulayır və “TƏRƏQQİ” medalına layiq görüldüyünə görə onu təbrik edirəm.
Sənubər Məmmədova