Ombudsman “Sükuta məhkum edilən səslər” adlı tədbirdə iştirak edib
Mətbuat xidmətindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyeva “İnsan Hüquqları Aylığı” çərçivəsindəHüseyn Cavidin Ev Muzeyində keçirilmiş “Sükuta məhkum edilən səslər” adlı tədbirdə iştirak edib.
Tədbirdə giriş nitqi ilə çıxışı zamanı Müvəkkildahi yazıçı və dramaturq Hüseyn CavidinAzərbaycan ədəbiyyatında görkəmli ədiblərimizdən biri olduğunu bildirib.
Ombudsmanrepressiya qurbanı olmuş Hüseyn CavidinnəşininUlu Öndər Heydər Əliyevin təşəbbüsü iləədibin ata-baba torpağı olan Naxçıvana gətirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Müvəkkil öz əzəli torpaqlarından didərgin düşmüşsoydaşlarımızın təməl hüquqlarının bərpası istiqamətində qəbul olunmuş Qayıdış Konsepsiyasının Prezidentİlham Əliyev tərəfindən insan hüquqlarına verilən ali dəyərin, həqiqət uğrunda repressiyalara məruz qalmış Hüseyn Cavid və onun timsalında minlərlə soydaşımızın haqq səsinin müdafiəsinin bariz göstəricisi olduğunu qeyd edib.
Tədbirdə, həmçinin Ombudsman Səbinə Əliyevaya“Hüseyn Cavidin epistolyar irsi” kitabı təqdim olunub.