azia.az
azia.az

Özgəsinə məxsus sənədlə dövlət sərhədindən keçməyə cəhd göstərən şəxs saxlanılmışdır

2-06-2025, 17:08

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azia.az-a verilən məlumata görə, 

 Dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam еtdirilir.

May ayının 30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Heydər Əliyev Beynəlxalq Hava Limanında Küveyt-Bakı reysi ilə Azərbaycan Respublikasına gələn Malayziya Federasiyası vətəndaşı Satyaselan Vijiyanın sənədlərinə baxış zamanı pasportun özgəsinə məxsus olması şübhə doğurduğundan sərhədçilər tərəfindən saxlanılmışdır.

Araşdırma zamanı saxlanılan şəxsin Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı – 1994-cü il təvəllüdlü Savuthararajan Kasvithan olduğu müəyyən edilmişdir. 

Hazırda fakt üzrə cinayət işi başlanılaraq müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.





OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi