Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu 218 min manatlıq satınalmanı görün hansı şirkətlə düz-qoş edib
S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu kompüter, printer, kartric və digər informasiya texnologiyaları avadanlıqlarının satın alınması ilə bağlı tender keçirib.
32gun.az-ın məlumatına görə, satınalma üzrə qalib “MİX PRO” Məhdud Məsuliyyətli Cəmiyyəti elan olunub. Təklifin ümumi dəyəri 218.053,38 AZN təşkil edir.
“MİX PRO” MMC-nin qanuni təmsilçisi Fərid Həsənov Salam oğludur.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktoru Rüstəm Bağırovdur.
Ayxan