azia.az
azia.az

Araz Musayevə görə SAXLANILANLARIN SAYI ARTDI- TƏCİLİ

31-05-2025, 07:09

Araz Musayev Türkiyədə bıçaqlanması ilə bağlı saxlanılanlar sayı artmaqda davam edir.

Xəbər verilir ki, bu barədə məlumat Haber Türk-də kanalında yer alıb.

Haber Türk Telekanalın yaydığı məlumata görə, Antalyanın Kəmər bölgəsində baş verən hadisəyə görə 5 nəfər şübhəli bilinir. Onlardan üçü özbəkistanlı, ikisi isə azərbaycanlıdır. 

Qeyd olunur ki, hadisədən sonra qaçan şəxslər Antalya hava limanında saxlanılıb. Onlar qaçmazdan əvvəl şəhər mərkəzində bərbərə gedərək imiclərini və paltarlarını dəyişiblər. 

O da bildirilir ki, şübhəli şəxslərdən biri hadisə axşamı Rusiya qaçmağa müvəffəq olub. Lakin o da Rusiyada hava limanında saxlanılıb. Həmin şəxsin Türkiyəyə ekstradisiyası planlaşdırılır.

Telekanalın iddiasına görə, saxlanılan şəxslərdən biri millinin baş məşqçisidir. “Teleqraf” isə söhbətin Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan getdiyini yazıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi