azia.az
azia.az

Narkotik ittihamı ilə həbs edilən “Vaqa” LƏQƏBLİ tiktoker ​ azadlığa buraxılıb

30-05-2025, 15:49

Azia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bu dəqiqələrdə iş üzrə dəyişən halları nəzərə alaraq belə qərar çıxarıb.

Vaqa barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib, o məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, tiktoker polis tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. O, 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi ilə ittiham edilir.

Bu maddənin sanksiya həddi üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi