azia.az
azia.az

Qalmaqallı psixoloqdan ŞOK AÇIQLAMA-Azərbaycanda pulsuz ...

26-05-2025, 20:22

“Pul insanların həyatlarında hansısa tələbatlarını ödəmək üçün ödəniş vasitəsi kimi istifadə olunur. Lakin psixologiyaya əsasən, insan bir şeyi əldə etmək üçün ödənişi edəcək resursa sahib olmasa da, həmin arzuladığı şeyə hiss edib yaxınlaşsa, artıq ödəniş vasitəsi olaraq pul olmadan da onu əldə bilər”. 

Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, insan pulu olmadan da arzusuna çox rahat şəkildə çata bilər: 

“Bu, bir az ritual görünə bilər. Ancaq insan beyninin sərhədsizliyi istər elmi, istərsə də dini cəhətdən çox əvvəlcədən bilinir. Yəni, insan beyni istədiyi hər şeyə doğru düşünərək qapı aça bilər. Çünki insan öz istəyinə çatmaq üçün bütün mənəvi resurslara sahibdir”.

Psixoloqun sözlərinə görə, bir şeyi düşünməyə başlamaq, onu əldə edəcək bütün resurslara sahib olmaq deməkdir: 

“Təəssüf ki, biz resurs deyəndə sadəcə pulu nəzərdə tuturuq. Bu, bəzən vizyonumuzun, bəzən də dünyagörüşümüzün zəifliyindən qaynaqlanır. Çevrəmizdə belə düşünən insanların yoxluğu da bu cür resurslara sahib olmamağımıza səbəb olur. Ona görə də dar düşüncədə olmaq lazım deyil. Əslində, dünyagörüşümüz genişlənsə, pulla bağlı düşüncəmiz də dəyişər. Psixologiyada buna limitli düşüncə deyirlər. Bu cür limitli düşüncələr olmasa, insanlar istəklərinə daha tez çata bilər”. 

Əfsanə Rüstəmova qeyd edib ki, insan öz bacarıqlarının və gücünün fərqində olmalıdır: 

İnsanlar özlərinin yaradılışdan onlara verilən gücünün fərqinə varsa, heç bir dəstəkçiyə ehtiyacları olmaz. Yəni, pula, ad-şana, şöhrətə ehtiyac olmadan “A” nöqtəsindən “B” nöqtəsinə getmək mümkündür. Nəzərə almaq mümkündür, hər insanın mütləq şəkildə başqasından daha yaxşı bacardığı nə isə olur. 

Çünki hər insanın bacarığı tam fərqlidir. Əslində, çətinlik çəkmədən bacardığımız hər şey bizim özəl gücümüz sayılır. Buna fokuslanaraq arzularımıza çata bilərik. Biz əldə etmək istədiyimizə fokuslanmalı və pulu düşünməməliyik. Qalan məsələlər özlüyündən həll olacaq. Sıxlıqla düşünürərək yaxınlaşmaq dediyimiz məhz budur”. 

Elmir Mustafa 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi