azia.az
azia.az

MMC VƏ ASC-LƏRLƏ BAĞLI MÜHÜM XƏBƏR-DİQQƏT!

26-05-2025, 08:00

Tanınmış hüquqşünas Turan Abdullazadə MMC-lərin (Məhdud Məsuliyyətli Cəmiyyət) və ASC-lərin (Açıq Səhmdar Cəmiyyət) hüquqi ünvanının dəyişdirilməsi ilə bağlı məsələlərə aydınlıq gətirib.

 

Bu barədə Pravda.az-a açıqlama verən hüquqşünas hüquqi ünvanının dəyişdirilməsi prosedurunun qanunvericiliyə uyğunluğunu izah edib.

 

Ev almaq və ya satmaq istəyənlərin nəzərinə: Prosedur bu cürdür Pravda.az

 

“MMC üçün iştirakçıların ümumi yığıncağının qərarı və ya tək iştirakçının qərarı ilə hüquqi ünvanın dəyişdirilməsi haqqında qərar qəbul edilir.  ASC üçün isə İdarə Heyətinin və ya Müşahidə Şurasının (Nizamnaməyə əsasən) qərarı qəbul edilir. Hüquqi ünvan Nizamnamədə göstərilibsə, Nizamnaməyə də dəyişiklik edilməlidir. Dəyişiklik Nizamnaməyə əlavə şəklində tərtib olunur. Bundan sonra hüquqi ünvanın dəyişməsi ilə Cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına məlumat verilməli, onların təqdim etdikləri ərizə-anket doldurulmalıdır. Bu, sistem vasitəsilə avtomatik də həyata keçirilə bilər, lakin bəzi hallarda vergi idarəsi əlavə sənəd istəyə bilər”, - T. Abdullazadə deyib.

 

Aytəkin Qardaşova


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi