azia.az
azia.az

AMEA prezidenti Özbəkistanın Xarəzm Mamun Akademiyasının Fəxri akademiki seçilib

21-05-2025, 22:18


İctimaiyyətlə \əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Özbəkistan Elmlər Akademiyası Xarəzm Mamun Akademiyasının Fəxri akademiki seçilib.

Bununla bağlı Xarəzm Mamun Akademiyasının direktoru professor İkram Abdullayev tərəfindən imzalanmış diplom akademik İsa Həbibbəyliyə təqdim olunub.

Sənəddə qeyd olunub ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistan-Azərbaycan elmi əlaqələrinin inkişafındakı xidmətlərinə və “Dünya sivilizasiyasında Xarəzmin əhəmiyyəti”nə həsr edilmiş araşdırmalarına görə Xarəzm Mamun Akademiyasının Fəxri akademiki seçilib.

Qeyd edək ki, Xarəzm Mamun Akademiyasının əsası XI əsrdə qoyulub və Özbəkistan Respublikasının elm və mədəni həyatında əhəmiyyətli yer tutur.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi