MEK Sinop Universitetinin elmi nəşrlərinə onlayn giriş imkanı yaradıb
İctimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Türkiyənin Sinop Universitetinə məxsus elmi nəşrlərə onlayn giriş imkanı təmin edilib. Kitabxananın rəsmi internet saytında (mek.az) yerləşən "E-xidmətlər" bölməsi vasitəsilə istifadəçilər “Jurnallar” hissəsinə daxil olaraq Sinop Universitetinin nəşrləri ilə tanış ola bilərlər.![]()
Qeyd olunan resurslar Türkiyənin DərgiPark elektron platformasında yerləşdirilmiş 10 elmi jurnaldan ibarətdir. Jurnallar müxtəlif elm sahələrini əhatə edir və tədqiqatçılar, tələbələr, eləcə də elmi ictimaiyyət üçün dəyərli mənbələrdir.