azia.az
azia.az

Bu telefonlar internetə pulsuz qoşulacaq - SİYAHI

23-04-2025, 19:03

İlon Maskın “SpaceX” şirkəti tərəfindən hazırlanmış “Starlink” peyk şəbəkəsi sayəsində bəzi smartfonlar 2025-ci ilin iyul ayından etibarən kosmosdakı “Starlink” peyklərinə birbaşa qoşula biləcək.

Xəbər verilir ki, bu sayədə istifadəçilər baza stansiyalarına ehtiyac olmadan fasiləsiz əlaqə saxlaya biləcəklər.

Bundan əlavə, sistem heç bir texniki müdaxilə tələb etmir. Belə ki, smartfonlar avtomatik olaraq peyk şəbəkəsinə qoşulacaq və fasiləsiz əlaqəni təmin edəcək.

Şirkət bu şəbəkəyə qoşula biləcək telefonların siyahısını paylaşıb. Sözügedən kateqoriyanı təqdim edirik:

“Apple” seriyasından “iPhone 14” və sonrakı bütün “iPhone” modelləri,

“Google”: Pixel 9, Pixel 9 Pro, Pixel 9 Fold, Pixel 9 XL,

“Motorola”: 2024-cü il və daha sonra istehsal edilən bütün modellər,

“Samsung”: Galaxy A14, A15, A16, A35, A53, A54, həmçinin Z Flip3 və Z Fold3. (Publika.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi