azia.az
azia.az

POLİS ƏMƏKDAŞI SÜRÜCÜNÜ BOĞULMAQDAN BELƏ XİLAS ETDİ-ANBAAN VİDEO

16-04-2025, 17:18

Güclü yağış paytaxtın birçox ərazilərində fəsadlar yaradıb. Yağışın intensivliyindən paytaxtın Qaradağ rayonunda “Lexus” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı su hövzəsinə düşüb. AZƏRBAYCAN pOLİSİNİN BELƏ FƏDAKARLIĞININ HƏR GÜN ŞAHİDİ OLURUQ. Bu addım Azərbaycan polisinin qəhrəmanlıq salnaməsindən biridir.

Xəbər verilir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb. Boğulma təhlükəsi ilə üzləşən və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalan sürücü polis əməkdaşlarının köməyi ilə xilas edilib. Azərbaycan Polisi həmişə olduğu kimi bu gün də hər yerdə, hər bir vətəndaşının yanındadır.

Qeyd edək ki, hava şəraiti ilə əlaqədar olaraq DİN əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır. Daxil olan çağırışlar üzrə vətəndaşlara zəruri köməkliklər göstərilməklə polis əməkdaşları tərəfindən müraciətlərə çevik reaksiyalar verilir. Və dərhal  həyatını təhılükəyə ataraq vətəndaşa lazımı köməkdarlığı edirlər. Bu gün hər bir vətəndaş öz polisinə güvənir və etibar edir.

Sözügedən hadisənin görüntülərini təqdim edirik:


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi