azia.az
azia.az

"AZTELEKOM"dan 200 minlik "alış-veriş" - Çanta, USB, Monitor, Klavyatura, Batareya, Yaddaş kartı və.s

16-04-2025, 11:03

"AZTELEKOM" MMC-nin " İT avadanlıqlarının satınalması"  ilə bağlı elan etdiyi tender başa çatıb

32gun.az xəbər verir ki, tenderin qalibi "NIMPEX" MMC olub. 

Tərəflər arasında 197.338,48  AZN müqavilə imzalanacaq.

Tenderə əsasən "AZTELEKOM" MMC Printer, Skaner, Monitor, Klavyatura, Batareya, Yaddaş kartı, Çanta, USB və.s ilə təmin olunmalıdır. 

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə,"NIMPEX" MMC 23.02.2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1010 AZN olan şirkətin qanuni təmsilçisi NATİQ ƏLİYEV CABİR oğludur. 

Xatırladaq ki, "Aztelekom"un baş direktoru Həsən Ömərovdur. 

Ayxan


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi