azia.az
azia.az

Bitkilərin ehtiyacı olan zaman "Ağıllı su" sistemləri öz-özünə işə düşəcək - Azərbaycanda YENİLİK

11-10-2024, 21:21

Ölkəmizdə “Ağıllı su” sistemləri yaradılacaq. Bu məsələ “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.

Bəs ağıllı su sistemi dedikdə nə nəzərdə tutulur?

Mövzu ilə bağlı Redaktor.az-a danışan ekologioya məsələləri üzrə ekspert Rövşən Abbasov bildirdi ki, bu sistem bitkilərin ehtiyacı olan zaman öz-özünə işə düşür.

"Ağıllı su sistemi o sistemdir ki, burada hər şey avtomatlaşdırılır. Yəni buna həm də smart sistem də deyilir. Məsələn, əgər bu su tarlaya verilirsə, o zaman bitkilərin ehtiyacı olan zaman həmin bu sistem öz-özünə işə düşür və deməli, ərazini çilənmə suvarması ilə və yaxud damcı suvarması ilə suvarmağa başlayır və torpaq normal rütubət alandan sonra isə bu suvarma dayanır".

Ekoloqun sözlərinə görə, bu həm də itkiləri hesablamağa imkan verən bir sistemdir.

"Suyun nə vaxt, hansı istiqamətdə və nə qədər gedəcəyini müəyyən edən bir sistemdir. Bu, su ehtiyatlarını ərazi üzrə optimal paylamağa imkan verir və mümkün qədər çalışır ki, müxtəlif istifadəçilər arasında optimal və ədalətli bir paylanma olsun. Bu, qənaət etməyə imkan verir, su itkilərinin qarşısını azaldır və suvarmaya sərf edilən vaxtları azaldır və beləliklə də həm çaylardan götürülən suyun miqdarını azaltmış olur. Həm yeraltı suların qorunması daha mütəşəkkil həyata keçirilir, həm də ki, suya olan ehtiyac daha effektiv təmin olunur", - deyə R.Aabbasov bildirdi.

Türkan İSGƏNDƏRLİ


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi