BU TƏRƏVƏZLƏRİ BELƏ SAXLAYIN
Meyvə və tərəvəzin saxlanması üçün müəyyən məsələlərə diqqət yetirmək lazımdır. Yanlış saxlama şəraiti qidaların qısa müddətdə xarab olmasına və çürüməsinə səbəb olur. Bir çox insanın tez-tez etdiyi səhv kartof və soğanı bir yerdə saxlamaqdır.
Xəbər verilir ki, meyvə və tərəvəzlərin bir yerdə saxlanması üçün bir-birinə uyğun olmalıdır. Saxlanılan meyvə və tərəvəzlər bir-biri ilə uyğun gəlmirsə, meydana gələn reaksiya hər iki qidanın qısa müddətdə xarab olmasına səbəb olacaq.
Kartof və soğan birlikdə saxlanmağa uyğun olmayan tərəvəzlər arasındadır. Soğanların tərkibində etilen adlı stimullaşdırıcı qaz var. Bu qaz digər meyvə və tərəvəzlərin daha tez yetişməsinə kömək edir.
Soğan kartofla birlikdə saxlanılarsa, kök yumrularının daha tez xarab olmasına səbəb olar. Tərkibindəki etilen qazı kartofun cücərmə prosesini sürətləndirir və beləliklə, kartof qısa müddətdə xarab olmağa və çürüməyə başlayır.
Saxlama şəraitinə gəlincə, soğanı kartofla bir yerdə saxlamaq soğan üçün də zərərlidir. Tərkibindəki rütubətə görə çox qızdırılan soğan tez çürüməyə başlayacaq.
Kartof və soğanın saxlanması ilə bağlı başqa bir səhv onları soyuducuda saxlamaqdır. Nəmliyi artan kartof və soğan soyuducuda qısa müddətdə xarab olmağa başlayacaq.
Kartof və soğanın daha uzun müddət sağlam qalması üçün onları bir-birindən uzaqda və sərin yerdə saxlamaq lazımdır. Onu az işıqlı sərin yerlərdə, məsələn, zirzəmidə saxlamaq daha yaxşı seçim olardı.
Məryəm İlhamqızı