azia.az
azia.az

“AzerGold” QSC ölkə ərazisində geoloji tədqiqat işlərinişaxələndirib

6-05-2024, 18:32


“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ölkəmizdə əlvan və qara metal filizi yataqlarının kəşfiyyatı, resurslarının qiymətləndirilməsi, istismara cəlbedilməsi, fəaliyyətdə olan mədənlərin resurs potensialının artırılması məqsədilə aktivvə çoxprofilli geoloji tədqiqatlarını davam etdirir.Tədqiqatlar 3 istiqamətdə – QSC-nin idarəetməsinə verilən filiz sahələri; ölkə ərazisində ümumi geoloji axtarış proqramı; Qarabağ və Şərqi Zəngəzurda mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi üzrə həyata keçirilir.

Birinci istiqamət üzrə hazırda“AzerGold” QSC Balakən rayonunda yerləşən və mürəkkəb geoloji quruluşa malik “Filizçay” polimetal yatağında optimal emal və zənginləşdirmə metodologiyasının müəyyənləşdirilməsi üçün metallurji, eyni zamandaNaxçıvan Muxtar RespublikasınınCulfa rayonu ərazisində yerləşən “Ortakənd” qızıl yatağında aşkarlanmış qızıl ehtiyatlarının geoloji-iqtisadi qiymətləndirilməsi və açıq üsulla filizçıxarma parametrlərinin optimallaşdırılmasıüzrə tədqiqatlar aparır. Bununla yanaşı,Naxçıvan Muxtar Respublikasının dağətəyi sahələrində, eləcə də Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarında aktivgeoloji tədqiqatlar aparılır. Perspektivli sahələrin daha qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi, daha kiçik arealı əhatə edən, dəqiq koordinatlar üzrə aparılması məqsədilə Qafqaz regionunda ilk dəfə olaraqqeyri-invaziv axtarış metodları – hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetiktədqiqat üsullarından istifadə edilir. Yüksək effektlə tətbiq edilən bu tip axtarış-qiymətləndirmə işləri çərçivəsində 2022-ci ildə“AzerGold” QSC tərəfindən  Şərqi Zəngəzurun Kəlbəcər və Laçın rayonlarını əhatə edən 1624 km2 sahəsində hiperspektral peyk çəkilişləri həyata keçirilib.

Digər geoloji fəaliyyət istiqaməti üzrə, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq “AzerGold” QSC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkə ərazisində ümumi geoloji axtarış işlərinin icrasını davam etdirir. Ötən illərdə Ekologiya və Təbii Sərvətlərin Nazirliyi ilə birgə ölkə üzrə mövcud əlvan və qara metal filizi yataqları ilə bağlı məlumat arxivi yenilənib, SSRİ dövründə aparılmış geoloji kəşfiyyat işləri barədə toplanan statisikməlumatlar elektronlaşdırılıb, geoloji xəritə və qrafik əlavələr isə rəqəmsallaşdırılıb. Beləliklə, hər bir yataq üzrə məlumat bazası yaradılıb. Bununla belə, SSRİ dövrünə aid məlumatların müasir dövrün texnoloji potensialını, yüksək metal qiymətlərini tam əks etdirməməsi ölkə ərazisində yenidən geoloji tədqiqatların aparılmasını zəruri edib. Bu məqsədlə Səhmdar Cəmiyyət 2024-cü ilin 1-ci rübündəNaxçıvan Muxtar Respublikasının Ordubad, Culfa və Şahbuz rayonlarını əhatə edən 2566 km2 sahədə hiperspektral peyk çəkilişlərinin icrasına başlayıb. Həmçinin Daşkəsən, Göygöl və Goranboy rayonlarının ərazilərini əhatə edən 1890 km2sahədə helikopter vasitəsilə aeroelektromaqnetik tədqiqatların aparılması üçün hazırlıq işlərinə start verilib. Bundan başqa, növbəti illərdə Şuşa, Xocalı və Ağdərə rayonlarında sözügedən metodlar vasitəsilə axtarış-qiymətləndirmə işlərinə başlanılması nəzərdə tutulub. Ümumilikdə tədqiqatlar 3 mərhələ, o cümlədən axtarış-qiymətləndirmə, ilkin kəşfiyyat işləri və dəqiq kəşfiyyat işlərini əhatə edəcək.

Sözügedən Sərəncama uyğun olaraq potensial minerallaşma sahələrində aparılacaq tədqiqatlar nəticəsində yataqların geoloji modelləri tərtib ediləcək, mövcud ehtiyatlarbeynəlxalq JORC (JointOreReservesCommittee – Birgə Filiz Ehtiyatları Komitəsi) standartlarına uyğun yenidən hesablanacaq, bununla perspektivli minerallaşma sahələri müəyyənləşdiriləcək.Yataqlar üzrə əhatəli tədqiqatların yekunu olaraq toplanmış geoloji məlumatlar hasilat prosesinin təşkili məqsədilə dövlət tərəfindən seçiləcək əməliyyatçı şirkət-investora təqdim ediləcək.

Bütün bunlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC-nin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. “AzerGold” QSC 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən Azərbaycan xalqının mənafeyi naminə istifadə edilməsi istiqamətində dövlətin yürütdüyü siyasətə dəstəyini göstərməyə davam edir.

Sənaye əhəmiyyətli resurslara malik yeni yataqlar dövlət tərəfindən milli operator şirkəti olan “AzerGold” QSC-nin idarəetməsinə həvalə olunduqda, istismar fəaliyyətinin bir hasilat sahəsindən yeni sahələr üzrə şaxələndirilməsinə, nəticə etibarı ilə şirkətin iqtisadi inkişaf tempinin bərpasına və qorunmasına səbəb olacaqdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi