Sabirabadda ACINACAQLI MƏNZƏRƏ... - VİDEOFAKT
Sabirabad rayonunda insanların kompakt yaşadıqları Suqovuşan adlanan ərazidə eləcə də rayon mərkəzi ərazilərində ətraf mühütin mühafizəsi və qorunması nöqteyi nəzərindən vəziyyət çox acınacaqlıdır, bu da rayonda ağır xəstəliklərin yaranmasına ciddi səbəbdir.
Ekologiya.az bildirir ki, bu barədə Sabirabad rayon ziyalılarının şikayətində deyilir.
Ziyalıların iddiasına görə, rayonun mərkəzi adlanan ərazidə və Suqovuşan qəsəbəsində zibil qalaqları ilə bərabər kəsilmiş heyvan dəriləri, nəcisləri və çürümüş qalıqları yerli sakinlərin haqlı narahatlığına səbəb olub. Pis qoxu, zibil qalaqları, yandırılan və doğranan on illik ağaclar və pislik içində olan ərazidə yayıla biləcək ağır xəstəliklər həqiqətəndə yerli yerli icra hakimiyyətindəki vəzifəliləri nədənsə hələ də narahat etmir.
Göndərilən müraciətdə deyilir ki, yaranan problemlə bağlı dəfələrlə Sabirabad icra hakimiyyətində qəbulda olunub. Amma, bu da nəticə verməyib. Rayonda hər şeydən anında xəbardar olan icra hakimiyyəti nədənsə rayonu cənginə alan zibil qalaqlarına və yayılan üfunətə laqeyd və etinasız yanaşır deyən rayon ziyalıları öz müraciətlərində seçkiöncəsi prezidentdən də kömək istəyirlər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühütün qorunması yolunda dayanıqlı mübarizəsi və həyata keçirdiyi təbiətin səhmana salınması və inkişaf etdirilməsi yolundakı siyasəti gərgin əməyin reallığıdır. Amma, nazirliyin əziyyətlə ərsə gətirdiyi ətraf mühütün qorunması yolunda inkişaf və mühafizə siyasətinə həmçini dövlət proqramına qarşı çıxan yerli icra orqanları görünür, fəaliyyətləri kimi çirkli ətraf mühütün olmasından da qazanc əldə edirlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı DİN-nin əməkdaşları ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərimizin qorunması üçün gərgin əmək sərf edir, ətraf mühütü qorumaq üçün vətəndaşları marifləndirir, qanunu pozanlara cərmələr yazılır, müvafiq cəzalar tətbiq edirlər.
Görünür Sabirabad rayon icra hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi və DİN-nin gərgin əməyini yanlış dəyərləndirir. Elə bilirlər ki, ətraf mühitin mühafizəsi ilə yanaşı, zibillikləri təmizləmək də nazirlik və polisin işidir. Onlara düşən isə kreslolarında rahat oturub, inzibati binanın pəncərəsindən zibilliklərlə qalaqlanmış yol kənarları, bazar girişləri, içməli su hövzələri, kanal kənarları və rayonun açıq ağaclıq ərazidə aylarla yığılıb qalan tör-töküntü pisliyindən ətraf mühütdə yarana biləcək iyrənc xəstəlikləri müşahidə etməkdir…
Mövzu davam edəcək!
Ekologiya.az video və fotoları təqdim edir: